"Mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənliyə ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdu".
RegionTV.info xəbər verir ki, bu fikirləri Xəzər TV-yə müsahibəsində millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov deyib.
Rəşad Mahmudov xatırladıb ki, hələ 2016-cı ildə anjuoqrafiyanın mütləq göstərici olduğu ilahiyyatçı-alim Hacı Şahinin diqqətinə çatdırlıb.
Mütəxəssis deyib ki, koronor sindrom ən çox qəfil ölüm səbəblərindən biridir.
Rəşad Mahmudov əlavə edib ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hadisəyə aydınlıq gətirəcək.