Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılan 200 nəfərin arasında azərbaycanlılar da var? - AÇIQLAMA

RegionTV.info

Ukraynada davam edən müharibə fonunda bölgədən yeni məlumatlar gəlməkdədir.

Belə ki, BAKU.TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov bildirib ki, Dneprin sol sahilində yerləşən qəsəbələrdən birinin 200 sakininin Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılıb.

Jurnalistin məlumatına görə, Xersonda yaşayan həmyerlilərimiz aparılanların arasında azərbaycanlıların da olduğunu söyləyiblər.

Azərbaycanın Ukraynada fəaliyyət göstərən Konsulluğundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

“Həmin qəsəbədə yaşayan və Ukrayna vətəndaşı olan sakinlərin milliyyəti haqqında məlumat yoxdur. Biz bununla bağlı Ukrayna təhlükəsizlik orqanlarına rəsmi müraciət ünvanladıq. Əgər həqiqətən aparılanlar arasında azərbaycanlılar varsa, bu haqda məlumat veriləcək”, - deyə konsulluqdan bildirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə verilən informasiyaya görə, Ukrayna tərəfində və Azərbaycan səfirliyində belə bir məlumat hələlik yoxdur:

“Həqiqətən də, çox sayda insanın naməlum istiqamətə aparıldığı barədə məlumatlar var. Lakin onların arasında azərbaycanlıların olub-olmadığını öyrənmək çox çətin məsələdir. Əgər xəbərin dəqiq mənbəyi bizə də bəlli olsa, araşdırmaq daha asan olar. Qeyd etdiyimiz kimi, rusiyalıların nəzarəti ələ aldıqları yerlərdən sakinləri köçürdükləri barədə ümumi məlumat var, amma aralarında soydaşlarımız var, ya yoxdur, bunu dəqiqləşdirmək elə də asan deyil. İstənilən halda, araşdırma aparılır və hər hansı məlumat olarsa, bu barədə açıqlama veriləcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də