Koronavirusa qarşı “Sputnik V” vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov öldürülüb.
RegionTV.info xəbər verir ki, o, Moskvadakı evində kəmərlə boğularaq qətlə yetirilib.
Məlumata görə, hadisə ötən gün baş verib. İstintaq zamanı məlum olub ki, virusoloqla 29 yaşlı gənc arasında münaqişə yaranıb.
Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini etiraf edib.