Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yeni milli parklar salınacaq: Ərazilər bəlli oldu

“Son 10 il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Amma yenə də ölkədə yeni milli parkların salınması planlaşdırılır”.

RegionTV.info  xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda brakonyerlərlə mübarizə istiqamətində atılan addımlardan danışarkən deyib.

O qeyd edib ki, milli parkların, xüsusilə şimal bölgəsində salınması nəzərdə tutulur:

“İlisu, Acınohur ərazilərində milli parkların salınması istiqamətində işlər görülür. Ərazinin seçilməsi təsadüfi deyil. Burada kompakt formada səhra, yarımsəhra, istərsə də yüksək dağlıq ərazilər flora-faunaya təsir edir. Burada mütəxəssislər tərəfindən monitorinqlər, tədqiqatlar aparılır. İşçi qrupunun bu istiqamətdə ilkin görüşləri var, elmi işlər yekunlaşdıqdan sonra yeni milli parkların salınması fikrimiz var.

Eyni zamanda bu gün qoruq statusu daşıyan bəzi qoruqlara da milli park statusunun verilməsini düşünürük. Təbii ki, bir məqamı da qeyd edim ki, milli parkın mövcud olması, yaradılması hər kəsin ora girişinə icazə veriləcək. Yeni yaradılacaq milli parkda da xüsusi turizm marşrutu üzrə turistlərin səfəri nəzərdə tutulacaq. Nəzərdə tutulan məqamlardan biri də xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoloji koridor vasitəsilə bir-birinə birləşdirilməsidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də