RegionTV.info
Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Cəfər Hüseynzadə "Twitter" hesabında bildirib.
Görüşdə, həmçinin NATO tərəfdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.