Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirliyin keçmiş əməkdaşı həbsdə intihara cəhd etdi

Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib.

RegionTV.info  xəbər verir ki, xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib.

Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. O, Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də