Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlandı






Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 çay evi aşkar edilib.

Hər 2 çay evinin sahibi polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələr tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ciddi xəbərdarlıqlar edilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də