Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qonşusunu güllələyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Oğuz rayonunda qonşusunu güllələyərək öldürməkdə təqsirləndirilən Zərqəm Məsimovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2020-ci ilin fevral ayında Oğuzun Kərimli kəndində qeydə alınıb.

 

Kənd sakini Məsimov Zərqəm Məmməd oğlu qonşusu, 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayevi “Tula” markalı ov tüfəngi ilə güllələyib. 

 

Daha sonra Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə verilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinim hökmü ilə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də