Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, avtomobil piyadalar üçün nəzərdə tutulan ərazidə yolu keçən 1963-cü il təvəllüdlü Feyzullayev Vəfadar Əmiraslan oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.