Suriyada fevralın 6-da baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 414 304 nəfər təşkil edib.
RegionTV.info xəbər verir ki, bu barədə SANA agentliyi Suriya hökuməti yanında Fövqəladə Hallar Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.
“Zərər çəkən 91,8 min ailə qeydiyyata alınıb. 4 444 bina tamamilə və ya qismən zərər çəkib”, - sənəddə deyilir.
Agentliyin məlumatına görə, dağıntılar altından 1 553 nəfər xilas edilib, 6 nəfər itkin düşüb.