Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baydenin Şoltsla bugünkü danışıqlarının təfərrüatları açıqlanıb

RegionTV.info

ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında bu gün Vaşinqtonda keçiriləcək danışıqlarda əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsi müzakirə olunacaq.

Bu barədə  Ağ Evin


 saytında bildirilib.

Şoltsun martın 3-də Vaşinqtona səfəri, Baydenlə ikinci təkbətək görüşü gözlənilir. İlk görüş 2022-ci il fevralın 7-də, o, kansler kimi vəzifəyə gəldikdən sonra baş verib.

"Ukrayna məsələsinin bu görüşdəki müzakirələrdə əsas mövzu olacağı gözlənilir", - Ağ Ev rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ və Almaniya liderlərinin sammiti “işçi xarakterli” olacaq və ümumilikdə bir saata yaxın davam edəcək.

Ukrayna məsələsindən əlavə olaraq, iki ölkə liderinin qlobal gündəmdəki bəzi məsələlərə, o cümlədən NATO-nun qarşıdan gələn və iyul sammitinə hazırlıq, eləcə də “bir sıra digər mövzulara da toxunmaq ehtimalı” yüksəkdir. Ağ Evdə gözlənildiyi kimi, müzakirənin gündəmində mühüm mövzu həm də Çin olacaq.

"Ukraynadakı vəziyyət kontekstində Çin məsələsinin də gündəmə gəlməsi mümkündür. Bu günə kimi Çinin Rusiyaya silah yardımı etdiyini görməmişik. Lakin vəziyyəti açıq-aydın, diqqətlə izləyirik. Çinin Rusiyaya doğru atdığı hər addımda onun Avropa və dünyanın digər ölkələri ilə əməkdaşlıq etməsi getdikcə çətinləşir”, - amerikalı rəsmi bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də