Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılır.
RegionTV.info xəbər verir ki, 44 nəfərlik 10 ailə isə bu gün doğma yurduna köçürüləcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi uğurla həyata keçirilir.
Daha əvvəl 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb.
“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.
Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.
Prosesin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.
[media=https://www.youtube.com/live/Ygu3-ZPcCdA?feature=share]