RegionTV.info
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühiti çirkləndirən və qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərin müəyyən olunması, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.
Həmçinin, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə aparılan yoxlamalar zamanı isə məişət tullantılarını urnalardan kənara ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla profilaktik söhbət aparılıb və barələrində inzibati tənbeh tədbiri görülüb.