Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacı Şahindən yazan Brilliant Dadaşova: "Tanımadığımız insanlar üçün ağlayırıq" - FOTO

Xalq artisti Brilliant Dadaşova bu gün vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib. 

RegionTV.info  xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Hacı Şahinin şəkilini paylaşaraq onun ölümünə görə kədərləndiyini bildirib:

"Bəzən tanımadığımız insanlar üçün ağlayırıq. Sözdə yox, özdə Allahın əlindən tutduğunu hiss edir qəlbimiz... Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti səssiz-səmirsiz...".

Xatırladaq ki, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün gecə saat 05:00 radələrində ürəktutmasından vəfat edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də