Azərbaycan məmurlarının dövlətdən, xalqdan oğrladıqları milyonları öz şəxsi işləri, biznesləri, kef məclislərinə xərcləmələri ilə bağlı mətbuatda çoxsaylı məlumatlar zaman-zaman dərc olunur. Bu məsələdə daha çox yerli icra orqanlarının rəhbərlərinin övladları daha çox gündəmə gəlir.
Region.tv.info xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə Lənkəran rayon icra başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov məşhur gənc müğənni xanıma ad gününə hədiyyə olaraq 120 min dollara “Porsche” markalı avtomobil alması ilə bağlı xəbər yayılıb.
Həmin xəbərdə iddia edilir ki, icra başçısının məmur oğlu Vüsal Qaraşov həmin müğənni xanımla çox yaxın isti münasibətlərə malikdir.
İcra başçısının oğlu həttda müğənni xanımla Türkiyəyə və Avropa ölkələrində aylarla istirahətə də olub.
Qeyd edək ki, icra başçısının məmur oğlu Vüsal Qaraşovun 120 min dollara “Porsche” avtomobili aldığı müğənni xanımın adı saytımıza artıq məlumdur. Həmin müğənni xanımın adını müəyyən səbəblərdən çəkmirik…
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Xəbəri paylaş