Ötən il özü və övladlarını binadan intihar məqsədilə atan qadına qəsdən adamöldürmə ittihamı verilib.
RegionTV.info xəbər verir ki, ötən il Yeni Yasamal yaşayış kompleksində 1997-ci il təvəllüdlü Aytən Abbasova övladları Sara və Sofiya Abbasova ilə birlikdə intihar məqsədilə 5-ci mərtəbədən atılıblar.
Nəticədə üç yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.
İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqın gedişində Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham verilib.
Hazırda cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.