Meksikanın cənubunda, Oaxaka ştatında 5,7 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat verilməyib.