Türkiyənin “Trabzonspor” klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib.
RegionTV.info xəbər verir ki, buna səbəb klubun idarə heyətinin növbədənkənar seçki keçirmə tələbi olub.
Məlumata görə, A.Ağaoğlu istefa ərizəsini yazıb və imzalayıb.
Rəsmi qərarın yaxın saatlarda açıqlanacağı bildirilir.
Qeyd edək ki, “Trabzonspor” son ölkə çempionudur.