RegionTV.info
BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri, Macarıstan nümayəndəsi Çaba Köröşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfərə gedib.
BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Ç. Köröşi Zirvə Görüşündə çıxış edəcək, eyni zamanda ölkə başçısı ilə görüşəcək.
Bildirilib ki, macarıstanlı diplomatın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları nəzərdə tutulub.
Ç. Köröşinin səfəri martın 3-də başa çatacaq.