Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

KİV: “ABŞ müttəfiqlərini Çinə onun Rusiyaya silah verəcəyi təqdirdə sanksiya tətbiq etməyə çağırır”

ABŞ yaxın müttəfiqləri ilə Çinin Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Pekinə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə edir.

RegionTV.info  xəbər verir ki, bu barədə “


Reuters” 4 amerikalı məmur və mənbələrə istinadən məlumat yayıb.

ABŞ-nin müttəfiqləri ilə hələ ilkin mərhələdə olan məsləhətləşmələri hər hansı mümkün məhdudiyyətlərə dəstəyi əlaqələndirmək üçün bir sıra ölkələrin, xüsusən də “G7”də olan dövlətlərin dəstəyini cəlb etməyə yönəlib.

“Reuters”in həmsöhbətlərinin sözlərinə görə, ABŞ rəsmiləri bir il öncə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ona qarşı tətbiq edilən sanksiyaları ən çox dəstəkləyən əsas ölkələr qrupu ilə Çinə qarşı potensial fəaliyyət üçün zəmin yaradırlar.

ABŞ-nin hansı sanksiyaları təklif edəcəyi hələlik bəlli deyil. “Reuters” mənbələri bildiriblər ki, Vaşinqtonun addımları hələlik Pekinə qarşı hər hansı konkret məhdudlaşdırıcı tədbirlərlə bağlı daha geniş razılaşmaya gətirib çıxarmayıb.

Agentlik xatırladıb ki, “G7” liderlərinin fevralın 24-də - Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü münasibətilə yaydıqları birgə bəyanatda üçüncü ölkələri “Rusiya müharibəsinə maddi dəstəyi dayandırmağa” çağırılıb. Bildirib ki, belə fəaliyyətlə məşğul olan “üçüncü ölkələrdəki subyektlərə qarşı tədbirlər” görüləcək.

Orada Çinin adı çəkilməsə də, ABŞ həmin gün Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etməkdə ittiham olunan bəzi Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də