Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğul yoxluğu təkcə itki deyil, valideynlərin məhvidir” - Xalq artisti şəhid oğlu haqda...




"Şəhidlər namus ləkəsini alnımızdan silib, qeyrətimizi özümüzə qaytardılar"


“Oğul yoxluğu təkcə itki deyil, valideynlərin məhvidir. Oğlum Rövşənin uşağlıqından murdar ermənilərə nifrəti var idi. Ona görə də 9-cu sinifdə oxuyanda gizlincə Qarabağ sərhədində getmişdi. Bir həftə sonra bir mayor onu gətirib məktəb diektoruna təhvil vermişdi. Elə bu arzu ilə də hərbçi oldu, Ağdamda xidmət etdi. 2002-ci ildə baş leytenant kimi ehtiyata buraxıldı. Müharibə başlayandan özündə deyildi, deyirdi ki, hərbçi yoldaşlarım vuruşub-döyüşürlər, mənim evdə oturub, müharibədən kənarda qalmağa ixtiyarım yoxdur. Könüllü olaraq cəhbəyə yollandı” 

Bunu Moderator.az-a Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur şəhid oğlu Rövşən Nurzadə haqda danışaraq bildirib. Sənətkar oğlu ilə son görüşünü belə xatırlayır:

“Hərbi komissarlıqdan evə gəlib, bizlə görüşdü ki, gedirəm. Dedim ki, sənin 45 yaşın və iki övladın var, hara gedirsən Onu yolundan döndərə bilmədim. İki oğlu ilə gedib onu cəbhəyə yola saldıq. Hər gün onunla əlaqə saxlayıb, danışırdım. Cəbhəyə getdiyi günün səhəri elə döyüşə girib. Füzulidə, Cəbrayılda, Qubadlıda döyüşlərdə olub. Noyabrın 2-də 3 dəfə onunla danışmışam. Rövşən Şuşanın azad edilməsində qəhrəmanlıq göstərib şəhid oldu. Bir nəçə dəfə ailəli və yaşı çox olduğuna görə onu döyüşlərdən saxlamaq istəyiblər, amma deyib ki, yox, gedəcəm. Şəhid olandan sonra telefonundan bizə yadigar qalan videolarını tapdıq.. Söhbət təkcə mənim oğlumdan getmir, 3 minə yaxın əsgərimizi itirdik, onlar şəhid olmasaydı bizim torpaqlarımız azad olmayacaqdı. Şəhidlər namus ləkəsini alnımızdan silib, qeyrətimizi özümüzə qaytardılar. İnsan beşiydə böyüyür, məzarda yatmaq üçün, qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” - deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Rövşən Nurzadə “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də