“ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları satmamasının əsl səbəbi “S-400”-lər yox, bu döyüş təyyarələrində 800-dən çox texniki xətanın olmasıdır”.
Region.tv.info xəbər verir ki, bunu türk siyasi ekspert Ata Altun deyib.
Qərb mediasına görə, “F-35”lər ruh kimidir, heç vaxt radara düşmür. Bu, Qərbdə dünyanın ən inkişaf etmiş və ən yaxşı döyüş təyyarəsi hesab olunur. Amma gözlərdən uzaq tutulmağa çalışılan məlumatlar da var. Əslində “F-35”lərin deyildiyi kimi “ruh” olmadığı, almanların radarları tərəfindən asanlıqla “tələyə” salındığı və rabitə sistemində qəbuledilməz səhvlərin olduğu təsbit edilib. Eynilə, “F-35”lər Rusiya və Çin radarları tərəfindən aşkar edilə bilər. “S-400” hava müdafiə raketlərinin radarları “F-35” döyüş təyyarələrini 40 km və daha az məsafələrdə görür və asanlıqla aşkar edir.
“F-35”in ön hissələrinin görünməzlik dərəcəsi yüksək olduğu halda, arxa hissələri haqda bunu demək mümkün deyil. Belə ki, arxada gələn başqa bir təyyarənin radarına tutulur və tam gücü ilə görünür. “F-35”lərin müharibəyə tam hazır elan edilməsi üçün keçməli olan simulyasiya sınaqları hələ də həyata keçirilmir və döyüş qabiliyyəti sübut olunmur”.
Ekspert qeyd edib ki, sözügedən qırıcı ötən il aprelin 9-da Yaponiyada keçirilən bir məşq zamanı qəzaya uğrayıb:
“Eyni zamanda, həmin il mayın 20-də ABŞ-ın Florida ştatındakı Eqlin Hava Bazasına eniş edərkən qəza yaşanıb. Oktyabrın 1-də isə “F-35B” tipli qırıcı ABŞ-ın Kaliforniya ştatında yanacaq doldurma zamanı “KC-130” tanker təyyarəsinə çırpılıb.
ABŞ hökuməti martın 20-də Türkiyə şirkətlərinin istehsal prosesindən çıxarıldığını elan etməsinə baxmayaraq, Türkiyədəki istehsal prosesi dayandırılmayıb. Üçüncü ölkə və şirkətlər Türkiyədə istehsal olan hissələri almağa davam edirlər. Mütəxəssislərin fikrincə, “F-35” qırıcı təyyarələrində 800-dən çox texniki səhv var və bunlar hələ də aradan qaldırılmayıb. Rus mütəxəssislərin fikrincə, “SU-57”lər qartal, “F-35”lər isə bayquşdur.
Amerika Hərbi Hava Qüvvələrinin özü tərəfindən müəyyən olunan və ABŞ şirkəti “Lockheed Martin”nin xüsusi sifarişlə istehsal etdiyi “F-22” tipli (“Biry of Prey”) döyüş təyyarələri də var. Bu təyyarələr rəqiblərindən tamamilə fərqli və yalnız Amerika Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilə bilən texnologiyalarla təchiz olunub. ABŞ hökuməti bu təyyarələrin müttəfiqləri və ya dostlarına satılmasına əsla icazə verməyəcək”.