Kahramanmaraşda olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti 234 nəfərlik qrupu sabah Vətənə qayıdacaq.
RegionTV.info xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kahramanmaraşda qalan FHN heyətinin işi növbətçilik sistemi əsasında işləri təşkil etmək, əgər hər hansı bir hadisə baş versə, hadisəyə dərhal reksiya verməkdir.