Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib-FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, S.Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

O, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də