Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana başsağlığı verib.
RegionTV.info-nun xəbərinə görə, Türkiyə XİN-in yaydığı məlumatda deyilir:
"Qonşumuz Yunanıstanda dünən gecə baş verən qatar qəzasında çox sayda insanın həyatını itirdiyi və yaralandığını kədərlə öyrəndik. Bu faciəvi qəzada həyatlarını itirənlərin yaxınlarına, yunan xalqına və hökumətinə başsağlığı verir, yaralılara təcili şəfalar diləyirik".
Xatırladaq ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb.