Mart ayında iki bayram olduğundan istirahət günləri digər aylardan çoxdur.
RegionTV.info xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bundan başqa 20, 21, 22, 23, 24 mart tarixləri də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri hesab olunur.
Ümumilikdə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 14 gün qeyri-iş günüdür. Qeyd edək ki bu barədə Nazirlər Kabineti tərəfindən hələ ki rəsmi qərar qəbul edilməyib.