Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

RegionTV.info

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

“20 Yanvar” dairəsində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Həsən bəy Zərdabi küçəsi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də