
Rusiyanın “Taşir” şirkətlər qrupunun təsisçisi erməni milyarder Samvel Karapetyan Ermənistan və Qarabağdakı separaçılar üçün 5 milyon dollar ayırıb.
Axar.az xəbər verir ki, bu məlumatı Karapetyanın oğlu Sərkis Karapetyan öz Feysbuk səhifəsində paylaşıb. O bu vəsaitin humanitar və sosial proqramların reallaşdırılması üçün ayrıldığını deyib.
Qeyd edək ki, Samvel Karapetyan Rusiyadakı ermənilər arasında ən zəngin şəxs sayılır.