Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN Azərbaycanda iki vəzifəli şəxsi CƏRİMƏLƏDİ

RegionTV.info

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-dən verilən məlumata görə, yanvar-fevral ayları ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu ərazisində “Kamaz” markalı iki yük avtomobilindən bərk tullantıların boşaldılması və qalaqlanması, Suraxanı rayonu Zığ şossesi yaxınlığında, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazilərində, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantıların qalaqlanması, Səbail rayonunun Yubiley küçəsində 2 ağacın məhv edilməsi, Sumqayıt şəhəri və Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazilərində isə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə yük avtomobillərinin sürücüləri E.Mamedov və S.Balacayev, Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Q.Səfərzadə, Hökməli bələdiyyəsinin sədri R.Orucov, Qobu bələdiyyəsinin sədri A.Nəcəfov və bir özəl şirkət barəsində, 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş E.Həbibli barəsində, 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə isə vətəndaşlar - T.Zamanov, F.Səfərov, N.Rüstəmov, Y.Vəliyev, Ş.Ələkbərov, Ç.Təhməzov və A.Bəylərov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də