Suriyanın Hələb şəhərində 5.2 bal gücündə zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Hələb şəhərindən 239 km şimal şərqdə baş verib. Dağıntılar barədə məlumat yoxdur.