
Region.tv.info xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin qalibi olan Teymur Rəcəbovun çempionluğuna fikir bildirərkən deyib.
"Şah” ləqəbli şahmatçı feysbuk hesabında bildirib: "2021-ci ilin Azərbaycan şahmatı üçün uğurlu olduğunu deməyimizə 3 gün bəs elədi. Teymur turniri möhtəşəm keçirdi, hamını birnəfəsə məğlub etdi. Bir daha səninlə qürur duydum, Tima. Ardı gəlsin”.