Ukrayna Prezidenti Volodimir Zelenski daha bir komandanı vəzifəsindən azad edib. Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandanı general-mayor Eduard Moskalyo vəzifəsindən kənarlaşdırılıb.
RegionTV.info xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.