Qırğızıstan-Çin sərhəd bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.
Qeyd olunur ki, episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşən zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Daha sonra seysmoloqlar Qırğızıstan və Çin sərhədində yerli vaxtla saat 08:14-də 4,2 bal gücündə yeni zəlzələ qeydə alıblar.