
Rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa yola salınan növbəti karvanı müşayiət ediblər.
Region.tv.info xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 100-ə yaxın, ümumilikdə isə 47 287 nəfər İrəvandan Xankəndinə qaytarılıb.
Xatırladaq ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, BMT-nin Ali komissarının nəzarəti ilə Dağlıq Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlər geri dönməli idilər.