Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RegionTV.info xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ölkə ərazisindəki avtomobil yollarında nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.