Azərbaycan idmanına ağır itki üz verib.
RegionTV.info xəbər verir ki, veteran futbolçu və məşqçi Qəhrəman Əliyev vəfat edib.
63 yaşlı veteran futbolçu uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Qəhrəman Əliyev müxtəlif vaxtlarda “Masallı", MOİK, "Olimpik", “Şəmkir", “Bakı" klublarında məşqçi və baş məşqçi kimi çalışıb. O, Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçi olub.