Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakəndə Xocalı soyqırımının 31-ci ildönümü anılıb

Balakəndə Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar silsilə anım tədbirlər keçirilib.

RegionTV.info-nun məlumatına görə, əvvəlcə faciənin ildönümü ilə bağlı İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş olub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin acı nəticələri, soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı düşməndən azad edib.

Hazırda Balakən rayonunda Xocalıdan olan 8 ailə yaşayır. Onlar dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar.

Sonra rayonun Şəhidlər Xiyabanı ziyarət olunub, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzlüüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də