Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aİ "Vaqner"ə qarşı ayrıca sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) 10-cu sanksiyalar paketi çərçivəsində “Vaqner” qrupu ilə bağlı şirkətlər və şəxslərə məhdudiyyətlər tətbiq edib.

RegionTV.info  xəbər verir ki, bu barədə müvafiq qaydaların dərc edildiyi Aİ-nin rəsmi jurnalında deyilir.

Belə ki, siyahıda “Vaqner” qrupuna daxil olan 11 fiziki şəxs və 7 təşkilatın adı da var.

"Vaqner” qrupu fəaliyyət göstərdiyi ölkələrdə insanlar üçün təhlükədir. Onlar beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır, çünki heç bir hüquqi çərçivədə fəaliyyət göstərmirlər. Biz hər yerdə insan hüquqlarının tərəfdarıyıq”, - məlumatda bildirilir.

Siyahıya “Vaqner” qrupunun Malidəki rəhbəri İvan Maslov və Mərkəzi Afrika Respublikasındakı nümayəndəsi Aleksandr İvanov daxildir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də