Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

RegionTV.info  xəbər verir ki, bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb.

Bəyanatda deyilir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də