Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb.
RegionTV.info xəbər verir ki, hadisə saat 03:28-də rayonun Katex kəndində, 61 yaşlı Müxlisət Həybullah qızı Həbilovaya məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin ümumilikdə iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.