Rusiyada güclü zəlzələ oldu.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, Kamçatkada 6,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Kamçatkanın cənub-qərb sahillərində, 65 km dərinlikdə baş verib. Yeraltı təkanların gücü dəqiqləşdirilir.