Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İbrahim Kalından seçki tarixi ilə bağlı AÇIQLAMA

"Prezident təkbaşına bu qərarı verə bilməz. Parlament öz sözünü deməlidir".

RegionTV.info-nun məlumatına görə, bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın "CNN İnternational"a müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın günlərdə başqa bir siyasi konsensus əldə olunmasa, may ayında Türkiyədə ümumi seçkilərin keçirilməsi tendensiyası müşahidə olunur.

"Amma sonda seçkilərin zəlzələnin təsirinə məruz qalan 10 əyalətdə keçirilib-keçirilməyəcəyinə Ali Seçki Şurası qərar verəcək. 2 milyondan çox insan bölgəni tərk edib. Texniki problemlər var, məsələn, necə səs verəcəklər, hara gedəcəklər deyə suallar yaranır. Lakin tendensiya ondan ibarətdir ki, yaxın günlərdə başqa siyasi konsensus olmasa, seçkilər vaxtında, may ayında keçiriləcək", – deyə Ərdoğanın sözçüsü bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də