Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ģəncədə ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub

RegionTV.info

Gəncədə bir sıra obyektlərdə yoxlamalar keçirilib. Bu haqda 23 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

AQTA müfəttişləri ictimai iaşə müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:

  • Cəfər Cabbarlı küçəsi, 13, “Kristal” kafesi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Z.Hacıyev küçəsi, 109, “Yeni Günəş” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Heydər Əliyev prospekti, 143, “Alaturka” dönər evi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Üzeyir Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsi, “Osmanbəy” dönər evi – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.

Aşkar edilmiş nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də