Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

MSK-na uzanan çirkli əllər, yaxud da Gəncədəki seçki dairələrində nələr baş verir?

RegionTV.info

Məzahir Pənahovun sədri olduğu Mərkəzi Seçki Komissiyasının (MSK-nın) Gəncə şəhəri ərazisindəki dairə seçki komissiyalarının “sinifkom”u hesab olunan Elbar Əhmədov, bu dövlət qurumunun dairə seçki komissiyalarını bir növ şəxsi obyektinə çevirib desək, bəlkə də yanılmarıq. 

Qeyd edək ki, hal-hazırda Gəncə şəhəri üzrə 37, 38, 39 və 40 saylı dairə seçki komissiyaları var və bu seçki dairələrinin sədrləri sırasında 37 saylı Nizami Birinci seçki dairəsinin sədri mərhum Seymur Hüseynovla , 38 saylı Nizami İkinci seçki dairəsinin sədri Zakir Hüseynov doğma əmioğlu idilər. Yaxın vaxtlarda Seymur Hüseynov dünyasını dəyişdiyindən hazırda 37saylı Nizami Birinci dairəyə sədr İbrahim Cəfərov seçildi. 39 saylı Kəpəz Birinci seçki dairəsinin sədri Elbar Əhmədov və 40 saylı Kəpəz İkinci seçki dairəsinin sədri İmamyar İsmayılovdular. İmamyar İsmayılovun yaxın qohumu , hansı ki, Milli Məclisin deputatı  Naqif Həmzəyevin sayəsində dairə sədri olsa da, artıq bir neçə ildir ki, adı çəkilən bu dairələrdə Elbar Əhmədov “şef”lik etməkdədir. Bu heç də elə-belə deyil. Elbar Əhmədov nəinki bu dairələrin işlərinə qarışır, hətta adları çəkilən bu dairələrdə çalışanların əksəriyyəti bu şəxsin yaxınlarıdır, qohumlarıdır. 40 saylı Kəpəz İkinci seçki dairəsinə sədrlik edən İmamyar İsmayılov, bu kreslonu deputat Naqif Həmzəyevin sayəsində əldə etsə də, bu gün o, Elbar Əhmədovsuz heç bir qərar qəbul edə bilmir. Yəni, İmamyar İsmayılov görüləcək işlərlə bağlı tapşırıqları MSK-dan əvvəl Elbar Əhmədovdan alır. Bu hələ harasıdır? 

Ümumiyyətlə, Gəncə şəhəri üzrə fəaliyyət göstərən dairə seçki kommissiyalarında Korrupsiya Haqqında Qanunun 7-ci maddəsi həm sağdan-sola, həm də soldan-sağa pozulmaqdadır. Deputat Naqif Həmzəyevin yaxın qohumu olan İmamyar İsmayılov, 40 saylı Kəpəz İkinci seçki dairəsini Elbar Əhmədovun diqtəsi ilə idarə olunur desək, yəqin ki, yanılmarıq və eləcədə onun deyəsən Korrupsiya Haqqında Qanunun müddəalarından məlumatsız olduğu dairədəki kadr təyinatlarından bəllidir. Beləki onun sədri olduğu dairənin gözətçisi Süleyman Yusifov, onun bacısının həyat yoldaşıdır. Süleyman Yusifovun Göygöl rayonu ərazisində yaşamasına baxmayaraq, o, hal-hazırda uzaq məsafə “qət etsə” də,  “zato” 40 saylı Kəpəz İkinci seçki dairəsində işlə təmin olunub.  40 saylı Kəpəz İkinci seçki dairəsin sədri İmamyar İsmayılov doğma bacısı Nazimə xanıma da “gün ağlamış” və onu dairədə xadimə ştatına işə götürmüşdür.  Bu qohumların işə gəlib gəlməməsi isə sual altındadır. 39-cu dairənin sədri Elbar Əhmədovun bacısı qızı Nuranə Musayeva isə İmamyar İsmayılovun sədri olan dairədə aparıcı məsləhətçi, qardaşı oğlu Yunis Sabirov( söhbət Elbar Əhmədovdan gedir) isə, kommissiyanın üzvü vəzifəsinə sahib olmuşdur.

39 saylı Kəpəz Birinci seçki dairəsində isə vəziyyət daha acınacaqlıdır. Belə ki, Korrupsiya Haqqında Qanunun üzərindən sərbəst keçən Elbar Əhmədov, bacısının həyat yoldaşı Samiri baş mühasib, katib vəzifəsinə özünün etibarlı adamı Həcər xanımı, operator vəzifəsinə Həcər xanımın bacısı Rövşanə xanımı təyin etdirmiş və digər bacısı Sevinc xanım isə, 37-ci dairədə aparıcı məsləhətçi yəni bu sahədən az anlayışlı olsa da kompyuter üzrə mütəxxəsis vəzifəsini icra edir. Hal-hazırda Şəmkir Rayon Polis Şöbəsində maliyyə müdiri vəzifəsində çalışan çalışan 39 saylı Kəpəz Birinci seçki dairəsi sədrinin oğlu Sabir Əhmədovun yaxın dostu Fərid Babayev, dairə seçki komissiyasının üzvu olaraq ortalarda görünməsədə , bu şəxsin dairədə adına yazılan maaşı ya onun özü, ya da ki, dairənin sədri alır. Gəncə şəhəri üzrə əksər biznes sahələrində adı hallanan Elbar Əhmədovun, bu gün dairələrdə apardığı kadr islahatları, yəqin ki, gələcəkdə keçiriləcək seçkilərin şəffaf olmasına əməlli-başlıca şübhələr yaradacaq.  

Gəncə şəhərində 2011-2018-ci illərdə Məharət Mustafayev Gəncə şəhəri, Nizami RİH-nin başçısı vəzifəsini, digər başqa mühüm vəzifələri icra edərkən əmioğlusu Elbar Əhmədovun (  Məharət Mustafayevin həbsindən sonra deyil, o zamanlar dediyinə görə əmioğlu idilər) sayəsində bir çox ərazilər sökülür və yenidən satılır. Bu minvalla lazımi səviyyədə gəlirlər əldə etməyi bacaran dairə sədri, məhz birdən-birə əmioğlusu sayəsində söz sahibinə çevrilir. Özünün dediyinə görə, hal-hazırda Niyazi Bayramovun Gəncə şəhəri üzrə məsləhətçisi olan dairə seçki komissiyasının sədri, bu gün Gəncədə baş məsləhətçi, məşvərətçi və həm də dairələr üzrə “sinifkom”ada çevrilmişdir. Əgər Gəncə şəhərindəki seçki dairələrində kadr islahatları Əhmədovun göstərişi əsasında aparılırsa, deməli keçiriləcək seçkilərdə əksər namizədlərə oxşar münasibətin bəslənilməsi qaçılmaz olacaq. Yeri gəlmişkən, ötən il ADAU-da təhsil alan Nurənin Musayevanın (Elbar Əhmədovun bacısı qızı) işə qəbul olması üçün təqdimat yazan İmamyar İsmayılov, dairələrdə kadr işləri ilə məşğul olan bu xanımın dayısı Elbar Əhmədovun sözünü yerə salmır. Yəni, bu xanımın əyanı təhsil almasına baxmayaraq onu işlə təmin etmiş və aparıcı məsləhətçi vəzifəsinə təqdimatını belə rahatca  yazmışdır. Buradan belə çıxır ki, MSK-ya yalnış yapmağa üstünlük verən İmamyar İsmayılov, Elbar Əhmədovun sözünü yerə salmaqdansa MSK-nı aldatmağa üstünlük verir və əyani təhsil alan həmin tələbəni, 40-cı dairədə aparıcı məsləhətçi ştatına təyin edir. Beləliklə , dairənin maaş cədvəlinə imza atan sədr İ.İsmayılov və eləcədə dirənin mühasibi  ciddi maliyyə pozğuntusuna gedir.

Beləliklə, MSK-nın bəzi üzvlərini Gəncə səbəti, bazarlıqla, qonaqlıqla ələ almağı bacaran, kəsdiyi düz- çörəyə daim üstünlük verən Elbar Əhmədovu, bu gün 4 seçki dairəsi üzrə baş sədr, “dairələr sinifkomu”, yaxud da kadrlar şöbəsi də adlandırmaq olar. Belə bir səbəbdəndir ki, hal-hazırda bu sədrin Gəncə şəhərində bir neçə obyekti, tikintilərdə payı və s. kimi sahələrdə gəlirləri, biznesi var. Ortaya maraqlı bir sual çıxır, 2006-cı ildən indiyə qədər dairə sədri olan Elbar Əhmədov sərvətini, dairə sədri olduqdan sonra əldə edib, qazanıb, ya Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olan zaman özünün dediyinə görə əmioğlusu Məharət Mustafayevin sayəsində “bərk” gedən zaman  və ya dairələrdə  kadr islahatları aparmaqla ?  Yəqin ki, yaxın vaxtlarda bu kimi məsələlərə MSK sayəsində,  birlikdə cavab tapmalı olacağıq. Yeri gəlmişkən onu da qeyd edək ki, 37-ci dairənin sədri Elbar Əhmədov ADAU-nun sabiq rektoru İbrahim Cəfərovla sıx dostluq münasibəti olduğundan o, ötən ilin sentyabr ayına qədər universitetdə mühəndis ştatında “çalışmış” və bu iş yerindən də maaş almışdır. Səbəb?

 Hal-hazırda isə əldə etdiyimiz məlumata görə İbrahim Cəfərov işdən azad olunandan sonra ADAU-da rektor əvəzi vəzifəni icra edən Zəfər Qurbanov,  artıq bu “ölü can”ı  işdən azad edib.

Ardı var. Mövzuya qayıdacayıq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də