Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) bildirilib.
Məlumata görə, xüsusi əməliyyat qrupu tərəfindən diqqətlə izlənilən Menci Kamışlıda həyata keçirilən uğurlu əməliyyat ilə zərərsizləşdirilib.
Qeyd edək ki, İstiqlal küçəsindəki terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində 25 nəfər həbs olunub.
Xatırladaq ki, ötən ilin noyabrın 13-ü İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.