Fransada yaşayan türkiyəli TIR sürücüsü Gülfem Zengin xeyirxah addımı ilə medianın diqqətini çəkib.
RegionTV.info xəbər verir ki, o, yaşadığı ölkədən şəxsi TIR-ı ilə zəlzələdən zərərçəkənlərə yardım gətirib.
Gülfem 4 gün ərzində 6 ölkə keçərək 4 min 300 kilometr yol qət edib və Türkiyəyə çatıb.
Onun şəxsi TIR-na yüklənmiş yardımlar Kahramanmaraşa çatdırılıb.
Gənc xanımın bu addımı hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Gülfem Zengin qardaş ölkənin bir sıra xəbər portallarının manşetinə çevrilib.