Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də "Fevral. Yenilməzlik ili" adlı mətbuat konfransı keçirəcək.
RegionTV.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
Tədbirdə bir ildir davam edən müharibənin müzakirə olunacağı gözlənilir.
Konfransın saatı və yeri açıqlanmayıb. Konfransa yalnız akkreditə olunmuş jurnalistlər buraxılacaq.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.