Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ecaz Art & Hobby Shop" distribüter şirkətinin ikinci filialının açılışı oldu - FOTO

RegionTV.info

Fevralın 21-də bir sıra dünyaca məşhur brendlərin distribüteri olan "Ecaz Art & Hobby Shop" mağazasının ikinci filialının təntənəli açılışı oldu.

Açılışda Azərbaycanın bir çox tanınmış rəssamları və incəsənət xadimləri iştirak etdilər.

"Ecaz Art & Hobby Shop" mağazasının ikinci filialı Bülbül prospekti 22B ünvanında, Azərbaycan Rəssamlar İttifaqı ilə üzbəüz, Sahil metrosunun yaxınlığında yerləşir.

Ecaz artıq 5 ildir ki, dünyaca məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir və bazara istehsalçılardan birbaşa yalnız orijinal məhsullar təqdim edir - Pebeo, Sennelier, Marabu, Botz, Staedtler, Montana, Copic, Cadence, Nevskaya Palitra, Malevic, SMLT, Rosa, Tair, Old Holland, Brevillier Urban & Sachs və daha çox.

Hər kəs şirkətin www.ecaz.az istifadə üçün çox rahat internet saytında məhsullarla və qiymətlərlə tanış ola, həmçinin sayt vasitəsilə və ya partnyor - Umico, Wolt vasitəsilə çatdırılma imkanlarından yararlana bilər.

Həmçinin, Ecaz Art & Hobby Shop-un partnyorlarından biri də Azal Club-dır. Onun vasitəsilə siz alış-veriş edərkən mil qazana bilərsiniz və daha bir partnyor - İokio - virtual hədiyyə kartı əldə edə bilərsiniz.

Mağazada həm yeni başlayanlar, həm də peşəkarlar üçün geniş çeşiddə məşhur dünya brendlərinin məhsullarını əldə etmək olar. Ecaz-da siz qiymət-keyfiyyət nisbəti, məsləhətçilərin peşəkar yanaşması, uşaqlar və böyüklər üçün yalnız ekoloji cəhətdən təmiz məhsullar tapa bilərsiniz. Mağazalar, həmçinin hobbi üçün məhsulların geniş çeşidini təklif edir.

"Ecaz art & Hobby Shop" mağazası bu gün bütün dünyada sağlam nəsil üçün çox vacib aspekt olan yalnız orijinal məhsulları əminliklə ala biləcəyiniz yerdir. Artıq başqa ölkələrdən sənət məhsulları sifariş etməyə ehtiyac yoxdur, çünki sizə lazım olacaq hər şeyi Ecaz Art & Hobby Shop-un hər iki filialında və www.ecaz.az saytında tapmaq mümkündür.

Onu da qeyd etmək istəyirik ki, birinci filialımız Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaxınlığında, Heydər Əliyev prospekti 66/68 ünvanında yerləşir.

Ecaz multibrend sənət mağazaları haqqında ətraflı məlumatı aşağıdakı əlaqə nömrələrindən əldə edə bilərsiniz:

+994502051178  +994508600079

İnstaqram: https://www.instagram.com/ecaz.az/

Facebook: https://www.facebook.com/ecaz.az/


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də