Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə, İran, Suriya və Rusiya XİN başçılarının dördtərəfli görüşünə hazırlıq aparılır

"Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin dördtərəfli görüşünün mümkünlüyünə hazırlıq işləri görülür".

RegionTV.info  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, İran da danışıqlar prosesinə qoşulmaq arzusunu bəyan edib. Nazir müavini Tehranın Dəməşq, digər tərəfdən isə Ankara ilə üst-üstə düşən münasibətlərinin xarakterini, eləcə də onun Astana formatında iştirakını nəzərə alaraq danışıqlar prosesinə qoşulmasına dəstək verdiklərini söyləyib.

Bildirilib ki, Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası Suriya və Türkiyə XİN rəhbərlərinin görüşünü planlaşdırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də