Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mərkəzi Bankda qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.

 

RegionTV.info  xəbər verir ki, bu barədə sədr Taleh Kazımov məlumat verib.

 

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

 

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya ,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də